Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkədə “Spring” adlanan “Şoping üçün Instagram” istifadəyə verilib


“Şoping üçün Instagram” adlandırılan “Spring” ticarət meydançası investorları cəlb edib. 
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, investorların arasında “Box Group” Fondunu, “Google Ventures”i, “Groupe Arnault”ı və “Thrive Capital”ı və şirkətə 25 milyon dollar sərmayə qoyan Yuri Milneri qeyd etmək olar.
 
“Spring” ticarət meydançası 2014-cü ildə Devid Tiş tərəfindən yaradılıb və yalnız mobil qurğular vasitəsi ilə istifadə edilə bilər. Brendlər servisdə mal və məhsulların şəkillərini və təsvirlərini paylaşırlar. Şirkət artıq 700-dən çox geyim tədarükçüsü ilə əməkdaşlıq edir.
 
Aynur Vəliyeva
 




18/04/15    Çap et