Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmizdə 4 G xidməti tətbiq ediləcək


“Azərfon” MMC 4G xidmətinin tətbiqinə hazırlaşır. Bu barədə şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev İCTnews-ə bildirib. Onun sözlərinə görə, bununla bağlı bu günlərdə “Nokia” şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət bu il ərzində 3G şəbəkəsinin təkmilləşdirilməsi və tədricən 4 G şəbəkəsinə keçmək qərarına gəlib.
Öz növbəsində “Nokia” 4G şəbəkəsi ticari istismara hazır olan kimi, bu rabitə standartını dəstəkləyən telefonları bazarlara təqdim etməyə hazır olduğunu bildirib.




08/06/11    Çap et