Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nüfuzlu şirkətləri bəlli olub


"Reputation Institute" konsaltinq agentliyi dünyanın ən nüfuzlu şirkətlərinin reytinqini tərtib edib. İlk onluqda texnologiya şirkətləri üstünlük təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, cari ildə "Apple" şirkəti "Reputation Institute" reytinqində səkkizinci pillədə qərarlaşıb. Xatırladaq ki, ötən il "iPhone" istehsalçısı yeddinci pillədə yer alıb.
 
Reytinq dünyanın 15 ən böyük ölkəsində (Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Meksika, Rusiya, Cənubi Koreya, İspaniya, Böyük Britaniya və ABŞ) 55 mindən çox insan arasında aparılmış sorğu əsasında tərtib edilib.
 
 
"BMW" brendi ən nüfuzlu korporasiyaların reytinqində birinci pillədə qərarlaşıb. İkinci pillədə "Google" şirkəti yer alıb. İnternet nəhəngi ən yaxşı iş yeri və ən yaxşı direktora malik şirkət elan edilib.
 
Emil Hüseynov

 




22/04/15    Çap et