Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçiləri gündəlik 4 milyard video izləyirlər


Hazırda “Facebook” sosial şəbəkəsində gündəlik video baxışı 4 milyarddan çoxdur. Bu haqda şirkətin baş direktoru Mark Sukerberq məlumat verib. 2015-ci ilin yanvarında bu göstərici 1 milyard təşkil edib.


"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, “Facebook” video sahəsində aparıcı oyunçuya çevrilir. Video, həmçinin mobil və reklam strategiyalarını əhatə edir.
“Facebook”da videolara baxışın 75 faizdən çox hissəsi mobil qurğuların payına düşür.

Mark Sukerberq, həmçinin qeyd edib ki, “Facebook”un 80 min videosu funksiyanın işə salınmasından sonra kənar saytlarda yerləşdirilib və cari ildə xəbər lentlərində sferik video funksiyasını işə salıb.

Bundan başqa, insanlar gündəlik “Facebook”a məxsus “Instagram” xidmətindən gündəlik 200 milyon insan istifadə edir. “Instagram” istifadəçiləri gündəlik şəbəkədə 21 dəqiqə vaxt keçirirlər.
ABŞ-da mobil telefonda keçirilmiş hər beş dəqiqənin bir dəqiqəsi  “Facebook” və ya “Instagram”ın payına düşür.

“Facebook”, “Messenger” və “WhatsApp”da gündəlik 45 milyarddan çox mesaj göndərilir.

Emil Hüseynov
 




24/04/15    Çap et