Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” yeni brauzerini nümayiş etdirib


“Microsoft” korporasiyası “Windows 10” platforması üçün yeni “Microsoft Edge” brauzerini nümayiş etdirib. Bu haqda “Build 2015” konfransında “Microsoft”un vitse-prezidenti Co Belfiore məlumat verib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkət ilk dəfə cari ilin yanvarında yeni brauzerini təqdim edib. O zaman yeni həllin kod adı “Project Spartan” olub. Brauzer yeni “Windows 10” əməliyyat sisteminin bir hissəsi olacaq.
 
Yeni brauzerin interfeysi “Chrome” və “Firefox” brauzerlərinə qismən oxşayır.
 
“Statcounter” analitik şirkətinin 2015-ci ilin martına olan məlumatına əsasən, kompüter, planşet və mobil telefon istifadəçilərinin təxminən 20 faizi “Internet Explorer”, 47 faizi isə “Chrome” brauzeri vasitəsilə internetə daxil olub.
 
Emil Hüseynov




30/04/15    Çap et