Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ay vikipediyada Azərbaycanın təbii gözəlliklərinin əks olunduğu fotoşəkillərin sayı artacaq


Bu gündən Vikimedia Fondu və Vikimedia Ukrayna təşkilatının təşkilatçılığı ilə “Viki Yeri Sevir” (Wiki Loves Earth) foto müsabiqəsi başlayır.
 
 
“ICTnews” elektron xəbər xidmətinin vikipediyaya istinadən verdiyi məlumatına görə, müsabiqə insanları öz ölkəsində yerləşən təbii sərvətlərin və müxtəlif təbiət abidələrinin şəkillərini çəkib “Wikimedia Commons” layihəsinə yükləməyə həvəsləndirir. 
 
 
Müsabiqənin şərtlərinə əsasən 1-31 may tarixləri arasında Azərbaycanın təbii gözəlliklərinin əks olunduğu fotoşəkilləri VikiAnbara yükləmək lazımdır.
 
 
CAHANGİR
 




01/05/15    Çap et