Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandilli “Vikipediya”da bu ay İkinci Dünya müharibəsinə həsr edilib


May ayı azərbaycandilli “Vikipediya”da “İkinci Dünya müharibəsi ayı” elan olunub.


 
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə,  “İkinci Dünya müharibəsi ayı”  – “Mövzulu ay” layihəsinin bir hissəsi kimi müharibənin başa çatmasının 70 illiyi ilə əlaqədar olaraq, bəşəriyyətin tarixindəki bu ən qanlı müharibə haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
 
 
Layihə iştirakçıları  “Vikipediya : Mövzulu ay/İkinci Dünya müharibəsi ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin İkinci Dünya müharibəsi ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.

 
Qeyd edək ki, bu layihə  “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun  təşəbbüsü ilə həyata keçirilir.
 
 
CAHANGİR




05/05/15    Çap et