Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli poçtumuz Ümumdünya Poçt İttifaqının ünvanlaşma üzrə “S42 standartının xüsusi Sertifikatı”na layiq görülüb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) ünvanlaşma üzrə "S42 standartının xüsusi Sertifikatı"na layiq görülüb.
 
 Bu sertifikat razılaşdırılmış ünvan şablonları hazırlamış ölkəyə verilir.
 
Eyni zamanda,  sertifikat 3 il qüvvədə qalır, rəsmi ölkə nümayəndələrinin iştirak etdiyi rəsmi mərasimdə verilir. Sertifikat 30 aprel 2015-ci il tarixdə ÜPİ-nin yaz sessiyası samanı Azərbaycan Poçt Administrasiyasının nümayəndəsinə təqdim edilib.
 
 
Məlumat üçün bildirək ki, hazırda ÜPİ-nin üzv ölkələrindən cəmi 40 Təyin Olunmuş Poçt Operatoru bu sertifikata layiq görülüb.
 
Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında  bu sertifikata yalnız Azərbaycan və Belarus Milli poçt operatorları layiq görülüb.
 
Sertifikatı əldə etmiş ölkələrin ünvanlanma sistemləri ÜPİ-nin müvafiq saytında əks edilir.
 
 Poçt istifadəçiləri bu sayta girərək həmin ölkələrə göndərdikləri poçt göndərişlərinin ünvanlarının düzgün yazılmasını təmin edə bilərlər.
 
 
Bu standart eyni zamanda məktub korrespondensiyasının çeşidlənməsi zamanı avtomatlaşdırma sisteminin quraşdırılmasında əvəzsiz vasitədir.
 
 
Bundan başqa istifadəçilər ölkə daxilində də poçt göndərişlərinin göndərilməsi zamanı bu standartdan istifadə edərək göndərişlərinin sürətlə çeşidlənməsini və çatdırma standartlarına uyğun müddətdə ünvan sahiblərinə çatdırılmasını təmin edə bilərlər.

Həqiqət İSABALAYEVA




05/05/15    Çap et