Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkətinin keçmiş rəhbəri ABŞ prezidentliyinə namizəd olacaq


"Hewlett-Packard" (HP) şirkətinin keçmiş baş direktoru və Respublikaçılar Partiyasını təmsil edən siyasətçi Karli Fiorina ABŞ prezidentliyinə namizəd olacağını açıqlayıb. O, bu fikri "ABC News" telekanalında veriliş zamanı səsləndirib.  
 
"Bəli, mən prezidentliyə namizədliyimi irəli sürməyi düşünürəm. Hesab edirəm ki,  bu vəzifəyə ən yaxşı namizədəm, çünki iqtisadiyyatın əslində necə işləməsini bilirəm. Mən dünyanı, insanları və dünyanın necə işləməsini anlayıram", - siyasətçi qeyd edib.   
 
Beləliklə, K.Fiorina Respublikaçılar Partiyasını təmsil edən ilk qadın namizəd olub.  
 
Altmış yaşlı K.Fiorina 1999-2005-ci illərdə ABŞ-ın böyük "Hewlett-Packard" şirkətinə rəhbərlik edib və ölkənin nüfuzlu iş adamlarından biri hesab edilib. O, 2008-ci ildə ABŞ prezidentliyinə namizəd senator Con Makkeynin iqtisadi məsələlər üzrə müşaviri işləyib, 2010-cu ildə Kaliforniyadan ABŞ Senatına seçkilərdə iştirak edib, lakin demokrat Barbara Bokserə məğlub olub, - "Lenta" www.lenta.ru yazır.




05/05/15    Çap et