Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Office 2016” ofis proqramının sınaq versiyasını yükləmək mümkündür


ABŞ-ın “Microsoft” şirkəti istifadəçilərə internetdən “Office 2016” ofis proqramının sınaq versiyasını yükləmək imkanı yaradıb.

"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, istənilən şəxs “Microsoft Office 2016” ofis proqramının sınaq versiyasını yoxlaya bilər. “Office 365” ofis paketinin abunəçiləri öz qurğularına proqramın tam versiyasını quraşdıra bilərlər.

Məlumat üçün bildirək ki, ABŞ-ın “Microsoft Corp” şirkəti 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib. Şirkət proqram təminatının məhsulları üzrə ixtisaslaşıb, həmçinin “Windows” əməliyyat sisteminin istehsalçısıdır.

Emil Hüseynov




05/05/15    Çap et