Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” corablar artıq satışa çıxarıldı


"Ağıllı" telefon, "ağıllı" saat və qolbaqlardan başqa "ağıllı" mayka və "ağıllı" balışların mövcudluğu məlum idi. İndi isə “ağıllı” corablar satışa çıxarılıb.

"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, “Sensoria Fitness Socks” şirkəti tərəfindən hələ “CES 2014” beynəlxalq istehlak sərgisində nümayiş etdirilmiş “ağıllı” corablar artıq satışa çıxarılıb. Corablara quraşdırılmış sensorlar sürət, temp, sərf edilmiş kalorini ölçür.

Bundan başqa, “ağıllı” corablar daxili “GPS” modula malikdir və hərəkət marşrutunu izləyir. “Ağıllı” corablar topuğa taxılan qolbaqla birgə tədarük olunur. Bu qolbaq biometrik məlumatları toplayaraq smartfona ötürür. “Sensoria Fitness Socks” corabları “iOS”, “Android” və “Windows Phone” platformaları üçün mobil proqramlarla birgə işləyir.

“Sensoria Fitness Socks” “ağıllı” corablarının satış qiyməti 199 dollardır. “Ağıllı” corablar hələ ki şirkətin rəsmi saytında satılır, ancaq istehsalçı söz verib ki, yaxın gələcəkdə bir çox internet mağazalarında əlçatan olacaq.

Emil Hüseynov




06/05/15    Çap et