Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın hər ikinci fərdi kompüteri “Windows 7” sistemi ilə işləyir


"StatCounter" analitik agentliyinin yeni statistikasına əsasən, "Windows 7" əvvəlki kimi fərdi kompüterlər (FK) üçün ən populyar əməliyyat sistemidir.
 
"Microsoft" korporasiyasının "Windows 10" ƏS-ni digərlərindən daha yaxşı etmək cəhdinə baxmayaraq, istifadəçilərin əksəriyyəti əvvəlki kimi "Windows 7" sistemindən istifadəyə üstünlük verirlər.
 
 
 
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, analitik agentliyin məlumatına görə, dünyada ən azı 54,07 faiz fərdi kompüterə "Windows 7" əməliyyat sistemi quraşdırılıb. Başqa sözlə, dünyanın hər ikinci FK-i "Windows 7" masaüstü platforması ilə işləyir. Bu halda agentliyin nümayəndəsi bildirib ki, 2015-ci ildə dünyada "Windows 7" sisteminin bazar payı xeyli yüksəlib.
 
 
"Microsoft"un yeni "Windows 10" sisteminə dəstək kimi ciddi marketinq siyasətinə baxmayaraq, şirkət hələ ki istifadəçiləri "Windows 7"-dən yeni ƏS-nə keçid etməyə nail olmayıb.
 
 
"StatCounter" analitik şirkətinin məlumatlarına əsasən, "Windows 8.1" populyarlığına görə ikinci əməliyyat sistemidir. Hazırda bu platformanın dünya bazarında payı 15,08 faiz təşkil edir. Növbəti pilləni "Windows XP" tutub. İndiyədək dünyada 11,58 faiz kompüterdə adıçəkilən ƏS-dən istifadə edilir.
 
Emil Hüseynov




07/05/15    Çap et