Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” yeni planşetini nümayiş etdirib


“Huawei” şirkəti Parisdə ikinci nəsil “MediaPad M” planşet kompüterini təqdim edib. Model “Full HD” 0020 formatını dəstəkləyən 8 düymlük ekran, metal korpusa malikdir və dördüncü nəsil şəbəkəsini dəstəkləyir.


"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Huawei MediaPad M2” planşet kompüteri 64 bitlik hesablamanı dəstəkləyən səkkiznüvəli prosessorla təchiz edilib. Aparat, həmçinin “LTE” modem, 2 QB əməli və 16 QB daxili yaddaşa malikdir. Ekranın təsvir ölçüsü 1920×1200 nöqtə (283 ppi) təşkil edir.

Cihaza “EMUI 3.0” istifadəçi interfeysinə malik “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.


Planşetin arxa panelinə işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik əsas kamera, ön paneldə isə 2 meqapiksellik kamera quraşdırılıb.

“Android” platforması ilə işləyən planşetin qalınlığı 7,8 mm, çəkisi 310 qramdır. Akkumulyator batareyasının tutumu 4800 milliamper/saat təşkil edir.


Fransada qurğunun dəyəri 350 avro təşkil edir.

Emil Hüseynov




12/05/15    Çap et