Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

I Avropa Oyunlarının internet üzərindən rahat və fasiləsiz izlənilməsini təmin etmək məqsədi ilə internetin sürəti yüksəldilib


Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının internet üzərindən rahat və fasiləsiz izlənilməsini təmin etmək məqsədi ilə “KATV1” şirkəti təqdim etdiyi internetin sürətini yüksəldib.
 
Bu barədə “ICTnews.az”a adıçəkilən şirkətin mətbuat xidmətindən məlumat verilib.
 
Şirkətdən bildirilib ki, telekommunikasiya operatoru “KATV1” 5 Mb/s internet paketinə qoşulanlar üçün “2x2” kampaniyasına start verir. Kampaniya çərçivəsində sözügedən paketə qoşulanlar 8-12 Mb/s sürətində internetlə təmin olunacaqlar.
 
“Kampaniyanın əsas məqsədlərindən biri “KATV1” internet istifadəçilərinə bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində idman yarışlarını internetdən izləmələri üçün daha geniş imkanlar yaratmaqdır.  Kampaniya 15 may – 31 avqust tarixlərində keçiriləcəkdir” – deyə mətbuat xidmətindən vurğulanıb.
 
 
SEYMUR




13/05/15    Çap et