Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qafqaz Universitetində “Big Data Day Baku 2015” konfransı keçiriləcək


Mayın 16-da Qafqaz Universitetində Azərbaycanda böyük həcmli məlumatlara həsr olunmuş "Big Data Day Baku 2015" adlı ilk konfrans keçiriləcək.

"ICTnews" xəbər xidmətinin  məlumatına əsasən, tədbirin əsas məqsədi ictimaiyyəti "Big Data"-nın yaratdığı imkanlar və problemlər haqda maarifləndirməsidir.
 
Konfrans çərçivəsində bu texnologiyaların dövlət  tərəfindən təhlilinin inkişafı üzrə tərtibatçılar və dövlət qurumları arasında məlumat mübadiləsinin aparılması, gənclərin dəqiq elmlər sahəsində karyera qurmağa və araşdırmalar aparmağa cəlb edilməsi nəzərdə tutulur.
 
Aynur Vəliyeva




14/05/15    Çap et