Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sistemi ilə olan planşet təqdim ediləcək


“Microsoft” korporasiyası “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində planşet-kompyuter hazırlayır.

Qurğu üçün proqram platforması kimi “Windows 8” əməliyyat sistemi seçilib. Məlumat üçün qeyd edək ki, əməliyyat sisteminin təqdimatı 2012-ci ilə nəzərdə tutulsa da, “Windows 8” əməliyyat sistemi ilə olan planşetin “BUİLD” konfransında nümayiş etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən konfrans sentyabrın 13-dən 16-dək Kaliforniyada (ABŞ) keçiriləcək.




09/09/11    Çap et