Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belarusda analoq yayım dayandırılıb


Mayın 15-də Belarus Respublikasında analoq televiziya yayımı dayandırılıb. Sonuncu mərhələdə ölkə vətəndaşlarını analoq formatlı televiziya yayımı ilə təmin edən 10 obyekt söndürülüb.
 
Belarus Rabitə və İnformatizasiya Nazirliyinin məlumatına görə, yerüstü rəqəmli televiziya şəbəkəsi ölkənin bütün ərazisini əhatə edən 84 rəqəmli teleötürücüdən ibarətdir. Belarus vətəndaşları üçün rəqəmli formatda 8 televiziya və 1 radio proqramı pulsuz yayımlanır. 
 
Belarusda analoq yayımın dayandırılmasının birinci mərhələsi 1 avqust 2013-cü ildə həyata keçirilib, - “Mediasat” yazır.   
 
 




15/05/15    Çap et