Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində smartfonların satışı 6 ildə ilk dəfə azalıb


Çinin smartfon bazarında cari ilin yanvar-martında altı ildə ilk dəfə azalma qeydə alınıb. Satış həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz - 98,8 milyon qurğuyadək aşağı düşüb. Bu barədə “IDC” analitik şirkətinin məlumatında deyilir.
 
Ötən rüblə müqayisədə azalma 8 faiz təşkil edəcək ki, bunu da “IDC” ötən ilin sonunda ehtiyatda çoxlu malın toplanılması ilə izah edir.
 
“Çinin smartfon bazarında məhsul bolluğu müşahidə olunur. Bəzən Çində bazarın formalaşması haqqında düşünürlər, lakin reallıq budur ki, hazırda ölkədə satılan telefonların çoxu ABŞ, Böyük Britaniya, Avstraliya, Yaponiyada olduğu kimi smartfonlardır”, - “IDC”-nin Çin üzrə idarəedici direktoru Kitti Fok deyib.
 
Onun sözlərinə görə, gələcəkdə satış həcminin artırılması üçün smartfon istehsalçıları Çin istifadəçilərini digər ölkələrdə olduğu kimi, yeni modellərin üstünlüyə malik olmasına inandırmalıdırlar.
 
 
Birinci rübdə Çində smartfon bazarının lideri “Apple” şirkəti olub, çünki böyük ekranlı "iPhone 6” və “iPhone 6 Plus” smartfon modellərinə yüksək tələbat qalıb. Çinin “Xiaomi” şirkəti orta və aşağı seqmentdə rəqabətə dözməyərək ikinci pilləyə enib.
 
2015-ci ildə “IDC” ümumilikdə Çində satışda sıfıra yaxın artım proqnozlaşdırır, - "Delo” yazır.




16/05/15    Çap et