Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” proqram tərtibatı və testləşdirməsi üzrə onlayn konfrans keçirəcək


Mayın 20-21-də "Microsoft"un "Devcon 2015" proqram tərtibatı və testləşdirməsi üzrə beşinci dəfə onlayn konfransı keçiriləcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "DevCon 2015" – "Canlı Kod" üzrə ilk konfransıdır. Tədbirdə 50-dən çox proqram tərtibatı aləti, mobil platformalar, korporativ praktikalar, veb və bulud texnologiyalar ilə bağlı məruzə təqdim ediləcək.
 
"DevСon" konfransı "Microsoft" platformasına əsaslanan proqramların yaradılmasına həsr olunacaq. Konfrans iştirakçılarına texnologiyalarla yaxından tanış olmaq imkanı, əsas məhsul və həllər üzrə texniki sessiyalar, master-klasslar və "dəyirmi masa"lar, mobil əlavələrin, bulud əlavələrinin, servislərin tərtibatı, korporativ həllərin, oyunların  hazırlanması ilə bağlı yeni işlər təqdim ediləcək.
Konfransın onlayn yayımı mayın 20-də saat 10-da baş tutacaq.
 
Aynur Vəliyeva
 




16/05/15    Çap et