Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox OS” sistemli ilk televizor istehsal edilib


Yaponiyanın “Panasonic” şirkəti "Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ilk smart (ağıllı) televizorlarını təqdim edib.
 
Seriyaya ümumilikdə “Firefox OS” sistemli altı model (CR850, CR730, CX800, CX750, CX700 və CX680) daxildir. Qurğu internet səhifələrində məhsuldarlığı artırmaq məqsədilə xüsusi olaraq “HTML5” ilə iş üçün uyğunlaşdırılıb. İstifadəçilər həmçinin bütün kanal, əlavə, kontent və sinxronlaşdırılmış qurğulara çıxışı təmin edən intuitiv interfeysdən yararlana biləcəklər.
 
“Mozilla” şirkətinin nümayəndələri bildiriblər ki, “Firefox OS” bütünlüklə internet texnologiyalarına əsaslanır. Bununla proqram tərtibatçıları ümumi istifadəçi əlavələri yarada biləcəklər.
 
“Panasonic Viera” seriyasından olan ilk “ağıllı” televizorların əvvəlcə Avropada, yaxın aylarda isə digər regionlarda satışa çıxarılacağı gözlənilir, - “4PDA” yazır.




18/05/15    Çap et