Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspert təhlükəsizlik probleminə diqqət çəkmək üçün təyyarənin marşrutunu dəyişdirib


“Wired.com” nəşri yazır ki, “United Airlines” təyyarəsinin bortunda uçan “One World Labs” kompüter təhlükəsizlik xidmətinin eksperti Kris Roberts təyyarənin mediasisteminə müdaxilə edərək bort kompüterinin koduna dəyişiklik edib ki, bu da ona hava gəmisinin hündürlüyünü və hərəkət marşrutunu dəyişdirməyə imkan verib. Bu haqda FTB-nin (Federal Təhlükəsizlik Bürosu) hesabatında qeyd olunub.
 
"ICTnews" elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, hesabat müəllifi xüsusi agent Mark Xerli bildirib ki, Kris Roberts pilotların kabinası sistemi vasitəsilə təyyarənin hərəkətini izləməyə imkan verən “Vortex” proqram təminatından istifadə edib.
 
Roberts “United Airlines” reysindən düşürdülüb və təyyarənin kompüterinə müdaxilə etməsi haqda tvit yazdığına görə həbs edilib. Bundan sonra FTB və polis onu bir neçə saat dindirib.
 
Roberts bu addımını belə izah edib ki, o, təyyarələrdə quraşdırılmış təhlükəsizlik problemlərinə diqqət cəlb etmək istəyib.

Emil Hüseynov
 




18/05/15    Çap et