Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd edir


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) mayın 17-də yaradılmasının 150 illiyini qeyd edib. Bu münasibətlə təşkilatın baş katibi Xoulin Çjao BTİ-nin müasir və innovativ rabitə vasitələrinin inkişafında rolunu vurğulayıb.
 
 
Bildirilir ki, 1865-ci ildə Parisdə ilk Beynəlxalq teleqraf konvensiyası imzalanıb və BTİ-nin yaradılması ilə bağlı qərar qəbul olunub.
 
"BTİ-nin parlaq tarixi onun dünyanın teleqrafın yarandığı ilk gündən internet və genişzolaqlı rabitənin inkişafınadək ən müasir və innovativ rabitə vasitələrinə qoşulmasında aparıcı rolunu sübut edir. Bu, hazırda bizə istənilən vaxtda və yerdə dostlar, qohumlar və həmkarlarla əlaqə saxlamağa imkan verir", - BTİ baş katibi bildirib.
 
BTİ-nin yaradılmasının 150 illiyi münasibətilə müxtəlif şəxslər informasiya-kommunikasiya texnologiyaları sahəsində innovasiyaların köməyi ilə insanların həyatının yaxşılaşdırılmasına verdiyi töhfəyə görə mükafatlandırılıb. Mükafatçılar sırasına müasir beynəlxalq rəqəmli televiziya və yüksək dəqiqlikli televiziya standartlarının yaradıcılarından biri - televiziya əfsanəsi Mark Krivoşev həmçinin "Microsoft" korporasiyasının yaradıcısı Bill Qeyts daxildir.
 
"150 illiyi qeyd edərkən biz uğurlarımızı böyük şərəflə xatırlayırıq və gələcəyə ümidlə baxmaqla qlobal İKT mühitində sürətli dəyişiklikləri görürük", - BTİ baş katibi vurğulayıb.
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır, -, BMT saytı  yazır. 




19/05/15    Çap et