Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dizaynerlər istifadəçiləri smartfon asılılığından xilas etmək istəyir


Honkonqlu dizaynerlər yalnız zəng edə bilən “The Light Phone” ən sadə mobil telefonunun buraxılışı üçün lazımi məbləğin 50 faizindən çoxunu toplaya biliblər. Layihənin dizaynerləri bir il sonra bu qurğunu çıxarmağı planlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “The Light Phone” qurğusu bank kartı ölçüsündədir. Fiziki ölçüləri 85,6x54x4 mm, çəkisi 38.5 qram təşkil edir. Qurğu “SİM” kartın taxılması üçün konnektora malikdir və yalnız zəng edə  bilir.
 
Gözləmə rejimində akkumulyator batareyasının iş vaxtı 20 gün təşkil edir. Həmçinin “The Light Phone” qurğusu fənər kimi istifadə oluna bilər.
 
Emil Hüseynov
 




20/05/15    Çap et