Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” fotoda şəxsləri avtomatik tanımağa başlayıb


“Facebook” sosial şəbəkəsində Tag Suggestions funksiyası istifadəyə verilib. Bu sistem istifadəçinin şəkillərində şəxsləri avtomatik tanıyır və ona dostları qeyd etməyi təklif edir. Bu barədə “Facebook”un rəsmi bloqunda bildirilib.
Xəbərdə bildirilib ki, funksiya test rejimində artıq bir neçə ay ərzində işləyib, ancaq 7 iyundan onun istifadəsi sosial şəbəkənin praktik olaraq bütün istifadəçiləri üçün mümkün olacaqdır.
Qeyd etmək lazımdır ki, 2008-ci ildən şəkillərdə şəxslərin tanınması funksiyası “Google” şirkəti tərəfindən hazırlanmış Picasa fotoxidmət istifadəçilərinin sərəncamına verilib.




09/06/11    Çap et