Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda RYTN-in layihəsinə dair seminar keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Dilmanc" layihəsi mövzusunda ümuminstitut seminarı keçirilib.
 
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə institut məlumat yayıb.
 
 
Seminarda "Dilmanc" layihəsi çərçivəsində yaradılmış "Dilmanc Translator/Conversation",  "Dilmanc İmla", "Dilmanc TTS", "Təbii dilin başa düşülməsi" sistemlərindən, eləcə də maşın tərcüməsi və elektron lüğətlərdən danışılıb.
 
 
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində "Dilmanc" layihəsi çərçivəsində maşın tərcüməsi, nitqin tanınması və başa düşülməsi, mətnlərin səsləndirilməsi, çağrı sistemləri, ağıllı axtarış, şifahi sorğunun cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər intellektual texnologiyaların yaradılması sahəsində işlər görülür.
 
 
CAHANGİR
 




22/05/15    Çap et