Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Veb-idarəetmənin elektron texnologiyaları” mövzusunda seminar keçiriləcək


Bakıda iyunun 4-də “Veb-idarəetmənin elektron texnologiyaları” mövzusunda seminar keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, seminarda biznes məsələlərinin həlli üçün müasir texnologiyaların istifadə edilməsi yolları haqda bəhs ediləcək.
 
Seminar “1С-Битрикс” və “MARCO Computer Technology” şirkətləri tərəfindən təşkil ediləcək.
 
Tədbirdə eyni zamanda, biznesdə istifadə edilən yeni veb-texnologiyalar, internet dükanları üçün satış ssenariləri, saytın inkişafına xərclənən vəsaitlərə qənaət etmək üsulları, sayt üzərində işin təşkili, qlobal şəbəkədə müştəri itkisinə necə yol verməməyin yolları haqda məlumat veriləcək.
 
Aynur Vəliyeva




25/05/15    Çap et