Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli elektron ödəniş sistemi sosial şəbəkəyə inteqrasiya etdirilib


“E-pul” elektron ödəniş sistemi daha bir yeniliyə imza atıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq istifadəçilər üçün ödənişləri birbaşa “E-pul”-un “Facebook” səhifəsində (www.facebook.com/eeepulaz) də həyata keçirmək imkanı yaradılıb.
 
Bunun üçün səhifədə yerləşdirilən “Online ödəmələr” bölməsinə daxil olmaq lazımdır.
 
Qeyd edək ki, “E-pul” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.
 
CAHANGİR
 
 




26/05/15    Çap et