Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İntelin zavodunda partlayış olub


“Phoenix Business Journal” bildirib ki, Arizona ştatında İntel zavodlarından birində partlayış olub və 7 insan yaralanıb, onlardan 4-ü xəstəxanadadır, 3-nə isə elə yerindəcə tibbi yardım göstəriblər. Ən iri prosessor istehsalçısı hadisənin necə olmasını araşdırmağa başlayıb. Hadisə kimyəvi preparatların olduğu hissədə olub. Zavoddan yüzlərlə işçi evakuasiya edilib. İntel nümayəndələri bildiriblər ki, atmosferə zəhərli maddələrin axını baş verməyib.




09/06/11    Çap et