Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” rəhbərliyi məhkəməyə çağırılıb


ABŞ-ın “Microsoft” korporasiyasının “Skype” törəmə şirkətinin rəhbərliyi cinayətin araşdırılmasına kömək etməkdən imtina etməsinə görə Belçika məhkəməsinə çağırılıb.

 
Belçikanın “Le Soir” qəzetinin yazdığına görə, müstəntiqlər internet-telefoniya servisinə 2012-ci ildə qanunsuz və oğurlanmış malların ticarəti ilə əlaqədar bir sıra cinayətlərin törədilməsində şübhəli bilinən iki Ermənistan vətəndaşının yazışmaları və zəngləri haqqında məlumatların verilməsi üçün sorğu ünvanlayıb.

 
Lakin “Skype” Belçikanın telekommunikasiya operatoru olmamasını əsas gətirərək yerli qanunvericiliyin şirkətə şamil edilməməsini bildirib və bunu etməkdən imtina edib, - "Delo” yazır.

 




27/05/15    Çap et