Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin 5 ayı ərzində dövlət qeydiyyatından keçməyən 91 radioelektron vasitə aşkarlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 5 ayı ərzində görülən işlər barədə məlumatı açıqlayıb.
 
DRİ-dən verilən məlumata görə, yanvar-may ayları ərzində iş planına və idarəyə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 216 akt tərtib edilib.
 
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 91 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 41 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 8 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 8 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
CAHANGİR




29/05/15    Çap et