Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sutka ərzində onlayn olaraq 1 milyon ev bron edilir


“Airbnb” servisinə tələbat səviyyəsi sutkada 1 milyon yerləşdirməyə yaxınlaşır.  
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dünya üzrə şəxsi evlərin qısamüddətli kirayəsi, axtarışı və yerləşdirməsi üçün nəzərdə tutulmuş “Airbnb” onlayn meydançası üzərindən  2008-2012-ci illər 10 milyondan çox bron reallaşdırılıb.
 
Bu gün “Airbnb” hər gün orta hesabla bütün dünya üzrə 34 min şəhərdə 800 minə yaxın  yerləşdirmə təmin edir. Şirkətin qiyməti 13 milyard dollar təşkil edir.

Aynur Vəliyeva
 




29/05/15    Çap et