Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının telefon şəbəkəsində NGN texnologiyasının əhatə dairəsi 2 dəfə artıb


Bakı şəhərində stasionar telefon şəbəkəsində “Next Generation Network”  (NGN) texnologiyasının əhatə dairəsi 80 faiz təşkil edir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son iki ildə NGN  texnologiyasının əhatə dairəsi iki dəfəyədək artıb.
 
Qeyd edək ki,  NGN-in infrastrukturu əsasında qurulmuş şəbəkəyə mövcud telefon şəbəkələrinin göstərə bilmədiyi bir sıra (Video, Data, İPTV və s) xidmətləri təşkil etməyə imkan verən ən müasir İP/ATM texnologiyaları əsasında qurulmuş texniki vasitələr toplusu kimi baxmaq olar.
 
Aynur Vəliyeva




30/05/15    Çap et