Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalıların ağlını başından alan qurğu


Galaxy Tab 10.1 planşetinin ABŞ-da çıxışı ərəfəsində “Samsung” şirkəti ABŞ-da planşetlərin məşhurluğu ilə əlaqədar tədqiqat keçirib. Tədqiqatın nəticələrinə görə, amerikalılar belə qurğulardan ağıllarını itiriblər. İddia edilir ki, məsələn, respondentlərin 90%-i ya artıq planşetə malikdirlər, ya da ki yaxın vaxtlarda onu almağa hazırlaşırlar. “Samsung”da, həmçinin qeyd ediblər ki, 76% amerikalı planşeti xəbər və kitabların oxunması, 64% filmlərə və teleşouya baxmaq, 61% musiqiyə qulaq asmaq və 56% isə sosial şəbəkələrdə ünsiyyət üçün istifadə edir . Qeyd edək ki, bu gündən ABŞ-da Galaxy Tab 10.1 satışları başlanacaq. 16 QB birləşdirilmiş yaddaş və 3G modulsuz modeli 500 dollara əldə etmək mümkün olacaq.




09/06/11    Çap et