Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilin əvvəlindən domenlərin xalis artımı 1265 domen təşkil edib


Azərbaycanda bu günə kimi 24402 domen adı rəsmi qeydiyyatdan keçib.
 
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən  3440  domen qeydiyyatdan keçirilib, 2175 domen isə ləğv edilib, nəticədə bu ilin birinci rübü ərzində ölkədə xalis domen artımı 1265 domen təşkil edib.
 
Hazırda Azərbaycanda 22627 *.az, 1066 *.com.az, 235 *.edu.az, 127 *.org.az, 76 *.net.az, 41 *.int.az, 87  *.co.az, 34 *.pp.az,  71 *.info.az, 26  *.biz.az, 11 *.name.az, 1  *.pro.az  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
 
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, *.az domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib. 
 
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə   4387, 2012-ci ildə  5478, 2013-cü ildə isə 2338, 2014-cü ildə 23101 domen adı olub.
 
Aynur Vəliyeva
 




01/06/15    Çap et