Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sisteminin işə salınma müddəti 8 saniyə olacaq (VİDEO)


“Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemi haqqında bəzi təfərrüatları bölüşməyə davam edir. Belə ki, dünən məlum olub ki, yeni əməliyyat sisteminin işə salınma müddəti daha sürətli olacaq.

Yaradıcılar kompyuterin sönməsindən əvvəl yazılan elementlərin dəyişikliyi nəticəsində belə nəticəyə nail olublar.

Yeni əməliyyat sistemində kernel nüvəsinin sessiyası saxlanılır ki, qeyd olunan sistem aktiv olduqda arxivdən azad olunur və daha sürətli açılır. Bu isə kompyuterin işə salınmasını 30-70% sürətləndirməyə imkan yaradır. “SSD” daşıyıcı ilə isə sistemin işə salınma müddəti daha sürətli olacaq.






10/09/11    Çap et