Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilin əvvəlindən 756 sanksiyalaşdırılmamış insident qeydə alınıb


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə may ayında 129 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə,
qeyd edilən insidentlərin 103-nün qarşısı alınıb. Bu ilin aprel ayı ilə müqayisədə insidentlərin sayı 5,4 faiz artıb. İlin əvvəlindən isə ölkədə 756 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına may ayında 24 audit raportu göndərilib, bu da apreldə həyata keçirilmiş auditlərin sayından iki dəfədən çox artdığının göstəricisidir. Ötən ay ərzində “cert.gov.az” tərəfindən 2 yeni domen və 2 subdomen qeydə alınıb.
 
 Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.


Aynur Vəliyeva
 




08/06/15    Çap et