Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər "Azerspace-1" peykinin resurslarından istifadə olunaraq yayımlandı


İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə Millət Vəkili seçkiləri keçirilib.

Yerli və xarici, o cümlədən beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər və media mənsubları tərəfindən izlənilən seçkilər günboyu Azerspace-1 peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.
 
Azerspace-1 peykinin resurslarından istifadə edən Türkiyənin ən aparıcı kanalları seçkilərin keçirildiyi müddətdə fasiləsiz və tam keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.




08/06/15    Çap et