Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ay azərbaycandilli vikipediyada Olimpiya oyunları ilə əlaqəli məqalələr zənginləşdiriləcək


İyun ayında azərbaycandilli vikipediyada Olimpiya oyunlarına dair materialların zənginləşdirilməsi nəzərdə tutulur.
 
“ICTnews” elektron xəbər xidmətinin vikipediyaya istinadən verdiyi məlumata görə, “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu internet istifadəçilərini bu ay ərzində azərbaycandilli vikipediyada Olimpiya oyunları ilə əlaqəli məqalələri zənginləşdirməyə və yeni məqalələr yazmağa dəvət edir.
 
Layihə iştirakçıları http://Vikipediya:Mövzulu ay/Olimpiya oyunları ayı/Plan səhifəsində nəzərdə tutulan, həmçinin həmin səhifədə olmayan, lakin Olimpiya oyunları ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 
CAHANGİR
 




09/06/15    Çap et