Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonun “Wi-Fi” ilə enerji toplaması sistemi yaradılıb


Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən smartfonun “Wi-Fi” şəbəkəsi ilə enerji toplama texnologiyası hazırlanıb.  
 
Bildirilir ki, sistem çıxış nöqtələri və sensordan ibarətdir. “Sensor radiotezlik siqnallarını toplayaraq onları daimi cərəyana çevirir. Çıxış nöqtəsi marşrutlayıcının modifikasiya edilmiş proqram təminatıdır. Bunun sayəsində qurğu eyni anda həm “Wi-Fi” şəbəkəsinə çıxışa imkan verir, həm də enerji mənbəyi kimi çıxış edir”, - layihə tədqiqatçısı Vamsi Talla deyib.  
 
Tədqiqatçılar qrupu texnologiyanı sınaqdan keçirib və “Asus RT-AC68U” əsasında işləyən marşrutlayıcı sistemləri Sietlin altı evində quraşdırıb. Texnologiya qurğunu 8,5 metr məsafədən enerji ilə doldurmağa imkan verir.
 
Sistem “Wi-Fi”-dan qurğuların enerji ilə doldurulmasına istifadəyə imkan verən ilk texnologiya olmasa da, əvvəlki sistemlərdən mövcud proqram təminatı ilə işləməsi və “Wi-Fi” şəbəkəsinə çıxışı pozmaması ilə fərqlənir.
 
Universitet tədqiqatçılarının texnologiyası siqnalları eyni səviyyədə bölüşdürür ki, qurğunun enerji ilə doldurulması prosesində “Wi-Fi”-ın sürəti nə aşağı düşsün, nə də artsın, - “theRunet” yazır.  
 




10/06/15    Çap et