Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger” istifadəçilərinin sayı 700 milyona çatıb


Hazırda “Facebook” şirkətinin “Messenger” mobil tətbiqinin aylıq istifadəçilərinin sayı 700 milyona çatıb. Bu haqda investorlarla illik görüş zamanı şirkətin baş direktoru Mark Zukerberq məlumat verib.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, mobil tətbiqin sosial şəbəkədən ayrılmasından 7 ay ötüb. Bu müddət ərzində xidmətin auditoriyası 200 milyon artıb. Cari il martın sonunda bu göstərici 600 milyon təşkil edib.
 
Emil Hüseynov
 

 




16/06/15    Çap et