Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GSM” mobil şəbəkələrinin fəaliyyəti 2017-ci ilədək dayandırıla bilər


Mobil rabitə operatorları yaxın gələcəkdə ənənəvi “GSM” texnologiyasından imtina edə bilərlər. Bununla bağlı planlarını hamıdan əvvəl Sinqapurun üç böyük operatoru açıqlayıb. Onlar “GSM”-dən tam imtina edərək onun tezliklərindən digər məqsədlər üçün istifadə etməyə hazırlaşırlar. “GSM” erasının başa çatması “3G/4G” texnologiyalarının tətbiqini sürətləndirməklə yanaşı, bütün istifadəçiləri müasir smartfonlardan istifadəyə keçməyə məcbur edəcək.
 
Sinqapurun “M1”, “Singetel” və “StarHub” operatorlarından başqa “GSM”-dən imtina etmək niyyətini 2016-cı ilin sonunadək ənənəvi mobil rabitənin fəaliyyətini dayandıracaq Avstraliyanın "Telstra” şirkəti də bəyan edib. ABŞ-ın “AT&T” operatoru da 2017-ci ildə dördüncü və beşinci nəsil şəbəkələrinə tam keçidi planlaşdırır. Lakin Avropa provayderləri bu barədə qərar verməyə tələsmirlər. Norveçin “Telenor” operatoru “GSM”-dən 2020-ci ildən, Fransanın “Orange” operatoru 2025-ci ildən tez imtina etməyəcəyini açıqlayıb.
 
Bildirilir ki, “GSM”-in söndürülməsi əksər istifadəçilərə təsir etməyəcək. Abunəçilərin çoxu daima internetə qoşulu smartfonlardan istifadə edir, mobil messencerlər vasitəsilə zənglər isə getdikcə daha da aktuallaşır, - "Infocity yazır.




16/06/15    Çap et