Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi İKT avadanlıqlarını yeniləyir


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi informasiya-kommunikasiya texnologiyaları  avadanlıqlarını yeniləyir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, nazirlik hazırda Elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi layihəsi üzrə informasiya və kommunikasiya texnologiyaları avadanlıqlarını və müvafiq informasiya sistemlərini  almaq məqsədi ilə danışıqlar aparır.
 
Elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi layihəsi çərçivəsində alınacaq avadanlıqların təchizatçısı bu ayın sonuna kimi müəyyən edilməlidir.
 
Aynur Vəliyeva




17/06/15    Çap et