Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia Moonraker” saatlarının istehsalı bərpa edilir


“Nokia” şirkəti “Nokia Moonraker” saatlarının istehsalı üzrə yarıdaqalmış layihənin reallaşdırılmasını bərpa edir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu yaxınlarda məlum olub ki, “Nokia” iki il bundan öncə “ağıllı” saat konsepti üzərində işləyib. Bu saatların dizaynı “Lumia” və “Windows Phone” ilə oxşar olub.
 
Məhsul satışa hazır olub və onun ilkin nümayişi “MWC 2014” konfransında  baş tutub. Lakin biznesin “Microsoft” tərəfindən alınması nəticəsində layihənin reallaşdırılması dayandırılıb.
 
Hazırda “Nokia Moonraker”ə yeni həyat verəcək  “Microsoft Band” fitnes-qolbağının təqdim edilməsi gözlənilir. 
 
Aynur Vəliyeva
 




18/06/15    Çap et