Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Azerbaijan” Bakıda “Cloud Camp - Baku” seminarı keçirəcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Yüksək Texnologiyalar Parkında iyunun 24-də “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “Cloud Camp - Baku” seminarı keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Cloud Camp - Baku" Microsoft şirkətinin tələbələr, mühəndislər və gənc mütəxəssislər üçün təşkil etdiyi qlobal İKT tədbiridir. "Cloud Camp - Baku" tədbirinin əsas mövzusu bulud mühitidir.
 
Tədbirdə bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tətbiqlərin yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma istiqamətləri əhatə olunacaq.
 
Aynur Vəliyeva




18/06/15    Çap et