Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan “Code Academy”-də ilk dərslər 29 iyunda başlayacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan “Code Academy”-ə müraciətlər davam edir. İKT sektorundakı ehtiyaca uyğun real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən “Code Academy”-də  29 iyunda ilk dərslər başlayacaq.
 
29 iyunda başlayacaq proqrama artıq 100-ə yaxın müraciət daxil olub. Qəbul seçimlədir. “Code Academy”-də 12 həftəlik (1 həftə onlayn + 10 həftə intensiv master-klaslar + 1 həftə karyera planlaşdırma) proqramla veb proqramlaşdırmanın əsas biliklərini öyrənərək siz də artıq öz layihənizi yaradacaqsınız.
 
Həmçinin proqram müddəti boyunca real layihələr üzərində çalışaraq əldə etdiyiniz bilikləri real iş şəraitində tətbiq edəcəksiniz.
 
Bütün bunlarla yanaşı, “Code Academy” sizin karyera planlaşdırmanıza kömək edəcək. Karyera qurmaq üçün proqram sonunda bir həftəlik master-klasla siz həm müsahibələrə hazırlaşacaq, həm də, böyük şirkətlərlə görüşəcəksiniz.
 
 
Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər.
 
 
 
Həqiqət İSABALAYEVA




24/06/15    Çap et