Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dropbox” “bulud” fayl saxlancının auditoriyası 400 milyonu ötüb


İki ildə “Dropbox” “bulud” fayl saxlancı istifadəçilərinin sayı 400 milyonadək yüksəlib. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

"Biz 2007-ci ildə “Dropbox” “bulud” fayl saxlancını bir ideya ilə yaratmışıq: insanlara istənilən məkanda və istənilən vaxtda fayllarına sadə və təhlükəsiz giriş imkanı yaratmaq" – tərtibatçılar bildirib.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, indi “Dropbox” auditoriyası 400 milyon istifadəçidən ibarətdir. Onlar hər gün 1,2 milyarddan çox fayl sinxronlaşdırır, hər saat 100 mindən çox ümumi qovluq və istinad yaradır və hər saniyə 4000 düzəliş edirlər.

Emil Hüseynov
 





25/06/15    Çap et