Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC İlk Avropa Oyunları zamanı göstərdiyi peyk xidmətlərinə görə mükafatlandırılıb


Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən İlk Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.
 
Qeyd edək ki, Azərbaycan bu ilin 12-28 iyun 2015-ci il tarixlərində keçirilmiş İlk Avropa Oyunlarına ev sahibliyi etməklə böyük uğura imza atdı. Bu müddət ərzində  Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” oyunların peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib.
 
 
Belə ki, I Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması Azərkosmosun operatoru olduğu “Azerspace-1” peyki üzərindən həyata keçirilib.
 
Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib.
 
Beləliklə,  “Azərkosmos” oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz  çatdırılmasında mühüm rol oynayıb.
 




02/07/15    Çap et