Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda “AzDataCom”-a qoşulma üçün 3177 elektron sifariş verilib


“AzDataCom”-un korporativ və ADSL abunəçilərinin sayı sürətlə artır.
 
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, təkcə iyun ayı ərzində “Elektron hökumət” portalı üzərindən “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” elektron xidmətindən 3177 dəfə istifadə olunub.
 
Bu xidmətdən yaralanmaqla internet şəbəkəsi olan istənilən yerdən “AzDataCom” internet xidmətinə qoşulmaq üçün sifariş vermək olur.
 
CAHANGİR




06/07/15    Çap et