Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponlar “3D” printerdə Ronaldonun silikon surətini çap ediblər


“The Times of India” yazır ki, yapon alimləri “3D” printerdə futbolçu Kriştianu Ronaldonun silikon surətini çap ediblər.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "Kloun" idmançının boyu (1,85 metr) hündürlüyündə hazırlanıb, göz qapağı və gözlərlə hərəkət edə bilir. Alimlər Ronaldonun bədənini dəqiq kopyalamaq üçün 110 mikrokameradan istifadəyə əsaslanan “3D” skandan istifadə ediblər.

Ronaldo öz silikon surətini bəyənib. "Mənə oxşayır. Mükəmməldir" –  Ronaldo deyib.

Emil Hüseynov
 





09/07/15    Çap et