Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalındakı onlayn konsultasiya xidmətindən bir ayda 3,5 min dəfə istifadə olunub


“Elektron hökumət” portalındakı “Onlayn Konsultasiya” xidməti rahatlığına və operativliyinə görə istifadəçilərin rəğbətini qazanıb.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, təkcə iyun ayında vətəndaşlar 3429 dəfə onlayn konsultasiya xidmətindən istifadə ediblər.
 
 
Bu xidmət vasitəsi ilə vətəndaşların portala müraciəti zaman yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapır. Bu servis  vətəndaşların irad, təklif və şikayətlərini dərhal qeydə alaraq, operativ tədbirlər görülməsi üçün mükəmməl vasitədir. 
 
 
CAHANGİR




09/07/15    Çap et